Millimizin qapıçısını kredit borcuna görə Kolumbiyaya buraxmadılar

Millimizin qapıçısını kredit borcuna görə Kolumbiyaya buraxmadılar

Kolumbiyada təşkil olunan dünya çempionatında bu gecə ilk oyununa çıxacaq futzal üzrə Azərbaycan yığması mundiala tam heyətlə yollana bilməyib. "Azerisport" xəbər verir ki, millimizin 14 nəfərlik yekun heyətində yer alan qapıçı Elnur Zamanovu Azərbaycanı tərk etməyə qoymayıblar.

Buna səbəb onun banka olan kredit borcudur. Millimizin ehtiyat qapıçısı Bakıda qalmalı olub. Qeyd edək ki, millimiz bu gün DÇ-2016-nın qrup mərhələsindəki ilk oyununda Mərakeşlə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə gecə saat 3:00-da start götürəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...