Göyçayda 59 yaşlı qadın özünü yandırıb

Göyçayda 59 yaşlı qadın özünü yandırıb


Göyçay rayonunda intihara cəhd olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib.

Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...