Qızların bəxtini açan falçı tutuldu

Qızların bəxtini açan falçı tutuldu


Azərbaycanda falçılıqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluqla məşğul olan şəxs yaxalanıb.

Bakı şəhəri Binə qəsəbəsində yaşayan 39 yaşlı Vüsal Hüseynovun öz qulluq mövqeyindən, vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olması barədə Baş İdarəyə məlumat daxil olub.

V.Hüseynov ona müraciət edən şəxslərin talelərini şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını və ruzilərinin bol olacağını vəd edib. Saxlanılan şəxs belə hüquqazidd əməllərinin müqabilində ona müraciət edən vətəndaşların ümumilikdə 6700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...