“Siqan” ləqəbli avtoritet Azərbaycana gətirildi

“Siqan” ləqəbli avtoritet Azərbaycana gətirildi


Rusiyada həbs edilən, kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınan Elmir Məmmədov Azərbaycana ekstradisiya edilib.
Gundeminfo.az Lent.az-a istinadən xəbər verir ki, onun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə iş məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsində isə işə hakim Zeynal Ağayev baxacaq. Məhkəmə sentyabrın 30-na təyin edilib.


Qeyd edək ki, E.Məmmədov Rusiyada qəsdən adam öldürmədə təqsirli bilinib. Məhkəmənin hökmü ilə E. Məmmədov 21 il müddətinə azadlıqdan məhrum edilib.E. Məmmədov daha əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb. E.Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
888 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...