Salyanda bankomatdan 150 min manatdan çoc pul oğurlanıb

Salyanda bankomatdan 150 min manatdan çoc pul oğurlanıb

Salyan rayonunun Sarvan kəndində bankomata olunmuş basqın nəticəsində 150 min manatdan artıq pulun oğurlandığı məlum olub. Xəbər verdiyimiz kimi, ötən gecə “Azərpoçt” MMC-nin Salyan rayonunun Sarvan kəndindəki filalının binasında yerləşən bankomata basqın olub. Vətəndaşların pensiya və müavinətləri verildiyindən, bankomatda xeyli məbləğdə pul olduğunu bilən şəxs və ya şəxslər binanın pəncərəsinin dəmir barmaqlığını qıraraq bankomatın yerləşdiyi otağa daxil olub bankomatda olan pulları aparmaq üçün onu qaynaq aparatı ilə kəsiblər.

Hazırda Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində intensiv axtarış-əməliyyat tədbirləri həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...