Azərbaycanda silah alverçiləri tutuldu

Azərbaycanda silah alverçiləri tutuldu


Odlu silah və vasitələri satmaqda şübhəli bilinən Tərtər və Laçın sakinləri tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Şikar Məmmədov Bərdə rayonunun ərazisində “AK” markalı silahı, 2 ədəd patron darağını və 42 ədəd patronu satarkən tutulub.

Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədova həmin silah və döyüş sursatını satmış Laçın rayon sakini Tacir İsgəndərov da tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...