Azərbaycanda 8 yaşlı qızı zorlayan pakistanlıya hökm oxundu - 15 il

Azərbaycanda 8 yaşlı qızı zorlayan pakistanlıya hökm oxundu -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual hərəkətlər törətməkdə təqsirləndirilən Pakistan vətəndaşı Tanver Muhammed Batonın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T. M. Baton 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. Bu barədə Xanlar küçəsində yaşayan 40 yaşlı K.T polisə müraciət edərək məlumat verib.

O bildirib ki, yaşadığı evdə əri onun azyaşlı qızına təcavüz edib. K.T deyib ki, həyat yoldaşı olan Pakistan vətəndaşı, 36 yaşlı M.T.B qızı 8 yaşlı Aynurla (ad şərtidir) qeyri-təbii yolla cinsi əlaqədə olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...