“Ofisə qayıdanda gördüm ki, MTN əməkdaşları içəridədir” - yanan binanın məhkəməsindən

“Ofisə qayıdanda gördüm ki, MTN əməkdaşları içəridədir” -


Günün ikinci yarısı keçirilən prosesdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Qəzənfər Novruzov ifadə verib. O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

İfadəsində bildirib ki, icra başçısının müavini vəzifəsinə təyin olunanda artıq həmin binada üzlənmə işləri aparılb: "Mən "poleuretan" materialının yanğına dözümlü olub-olmamasını yoxlamaq iqtidarında deyiləm, onun keyfiyyətinə cavab verə bilmərəm. "Poleuretan"ın yanğına davamlı olması ilə bağlı müvafiq qurumlara məktubla müraciət ünvanlamışdıq. Həmin qurumlardan rəy verilib, sertifikatlar alınıb. Binanın təhvil-təslimi zamanı ölkədə olmamışam. Səhhətimlə bağlı xaricdə olmuşam".

Daha sonra Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyov ifadə verib. O, ifadəsində verdiyi rəyə indi də cavabdeh olduğunu deyib:" Mən bu materialın tərkibi ilə bağlı rəy vermişəm. Uşaq oyuncaqlarının tərkibində də "poleuretan" var. Heç bir təhlükəsi yoxdur. Mən materialın gigiyenasına cavabdehəm. Bu maddənin insan orqanizminə heç bir zəhərli təsiri yoxdur".

Proses sabah davam etdiriləcək.

* * *

Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə təqsirləndirilən "Global Stone" MMC-nin baş direktoru olmuş Ələkbər Əsgərov ifadə verib. O, əvvəlcə məlum yanğın zamanı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib. Bildirib ki, il yarımdır ailəsindən, doğmalarından ayrı düşüb və nədə ittiham olunduğunu bilmir: "Burda olmağımın səbəbi mənə aydın deyil. Mən niyə məhkəmə qarşısına çıxarılmalıyam axı? Mən nədə ittiham olunduğumu bu günə kimi bilmirəm".

Direktoru işlədiyi şirkətdəki fəaliyyətindən danışan Ə.Əsgərov digər təqdirləndirilən Miryusif Mahmudovun təklifi ilə fəaliyyətə başladığını deyib: "Uzun illər başqa ölkələrdə fəaliyyət göstərmişəm, beynəlxalq şirkətlərlə işləmişəm". Ə.Əsgərov hadisənin hansı səbəbdən baş verməsindən xəbərsiz olduğunu deyib. 2010-cu ildən rəsmi müqavilə ilə "Global Stone"in baş direktoru olan Ə.Əsgərov bu vəzifədə cəmi 1 il olduğunu söyləyib. O deyib ki, baş direktoru olduğu MMC "Global Construction"ın bir müəssisəsi olub və yalnız sifarişləri həyata keçirib. O, "poluuretan" məhsullarının istehsalı üçün alınan xammalın Türkiyədən idxal edildiyini söyləyib.

Təqdirləndirilən şəxs prokurorun, vəkillərin və zərəçəkmişin suallarını cavablandırıb.

Yanğında qardaşı və bacısını itirən Feyzulla Bağırov Ə.Əsgərova sual verərək deyib ki, hadisədən sonra vəzifəli şəxslər televiziya kanallarında çıxış edib, lisenziya alınan üzlüklə binaya vurulan üzlüklər fərqli olub. Təqsirləndirilən şəxs isə bundan xəbərsiz olduğunu söyləyib. Ə.Əsgərov çıxışında şirkətin təsisçisinin yalnız Miryusif Mahmudov olmadığını və digər təsisçinin Hüseynbala Əlizadə olduğunu qeyd edib.

Yanğından sonra baş verənləri danışan Ə.Əsgərov qeyd edib ki, yanğın baş verən ünvana getsələr də tıxaca düşüblər: “Yollar bağlanmışdı. Biz yenidən ofisə qayıtdıq. Biz çatanda gördük ki, MTN əməkdaşları içəridədir. Özlərini MTN əməkdaşı kimi təqdim etdilər. Kompyuterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokuroluq əməkdaşalrı gəldi. Mən onlarla birlikdə getdim”. Ötən proseslərdə də ləğv edilmiş MTN-in Miryusif mahmudovdan pul tələb etməsi barədə Ə.Əsgərov da danışıb. O, pul istənilən zaman Miryusif Mahmudovla birlikdə olduğunu deyib: “Biz ofisdə oturmuşduq. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev otağa gəldi. Dedi ki, Xətaidə baş verən yanğından sonra rəy hazırlanır. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etmək üçün pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi. Dedi ki, verməsək nə olacaq? Miryusif Mahmudov əlavə etdi ki, bizim gördüyümüz işlər göz qabağındadır”.

O, ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən yalnız Uğur Bəşirovu və Miryusif Mahmudovu tanıyır. Digər şəxslərlə isə məhkəmə zalında tanış olub.

Daha sonra təqsirləndirilən Uğur Bəşirov ifadə verib. O, 2013 də iyun ayında "Global Stone" MMC də direktor kimi işə başlayıb. Hadisənin səhərisi gün mayın 20-də Baş Rpokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib: "Düşünürdüm ki, qısa müddətdə məni azad edərlər. Amma sanksya verib Kürdəxanıya göndərdilər. Düz bir il varlığım haqqında unutdular, hərdən gəlib hansısa sənədlərə qol çəkdirirdilər. Hər dəfə soruşurdum ki, məni niyə burada saxlayırsınız?" U.Bəşirov ilkin istintaqa verdiyi ifadəsini təsdiq edib.

Məhkəmə prosesi günün ikinci yarısı davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...