Partlayışda dünyasını dəyişən məmurun xanımından xəbər var

Partlayışda dünyasını dəyişən məmurun xanımından xəbər var


Hökməli qəsəbəsində dəhşətli partlayış nəticəsində dünyasını dəyişən “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfüq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti ağır olaraq qalır.

Bu barədə AzNews.az-a Ankara Nümunə Xəstəxanasından bildirilib.

Məlumata görə, Şəbruz Novruzova hazırda reanimasiyadadır: “Müalicə və müayinə davam etdirilir. Amma onun səhhəti ilə bağlı geniş məlumat vermək qadağan olunub”.

Qeyd edək ki, oktyabrın 20-də səhər saatlarında “Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış olub. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb. Ailənin digər 3 üzvü ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Hadisədən bir gün sonra yaralılar Türkiyəyə aparılsa da Müşfiq Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...