30 min manatlıq əmlak mənimsədi - məhkəmə zalından azadlığa buraxıldı

30 min manatlıq əmlak mənimsədi -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Aqşin Cəfərovun cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Cəfərova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, "Avrora" şirkətində sürücü ekspeditor işləyən A. Cəfərov Cinayət Məcəlləsinin 179. 1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham edilir. İttihama görə, o, 30 min manat dəyərində əmlakı mənimsəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...