Vidadi Zeynalov və digərlərinin məhkəməsi noyabrın 16-a təxirə salınıb

Vidadi Zeynalov və digərlərinin məhkəməsi noyabrın 16-a təxirə salınıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi hazırlıq iclasında V. Zeynalovun vəkili Elxan Süleymanlı bildirib ki, cinayət işinin materialları ilə tanış ola bilməyib. O, tanış olmaq üçün vaxt istəyib. Hakim onun xahişini nəzərə alaraq iclası noyabrın 16-dək təxirə salıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
768 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...