Bakıda yolu keçmək istəyən kişini vuran sürücü hadisə yerindən qaçıb

Bakıda yolu keçmək istəyən kişini vuran sürücü hadisə yerindən qaçıb


Nərimanov rayonunda yolu keçmək istəyən kişini vuran sürücü hadisə yerindən qaçıb. "Report"un xəbərinə görə, hadisə Şəmsi Rəhimov küçəsində yerləşən "Kral" şadlıq evinin qarşısında baş verib. 1965-ci il təvvəllüdlü Hacıyev Əli Tofiq oğlu yolu keçmək istəyən zaman onu naməlum avtomobil vurub.

Ə.Hacıyev ərazidəki şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. Hadisəni törətmiş sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...