Mağazadam oğurluq edən şəxs kameralarda anbaan lentə alındı - VİDEO

Mağazadam oğurluq edən şəxs kameralarda anbaan lentə alındı -


Paytaxtın Nəsimi rayonu Süleyman Rəhimov küçəsində, "28 May" metrostansiyasının yaxınlığında yerləşən kitab mağazasında oğurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, hadisə qeydə alınan zaman mağazada biri xəzinədar, biri satıcı olmaqla iki şəxs olub.

Həmin vaxt müştərilərin çox, məsul şəxslərin isə başlarının qarışıq olmasından istifadə edən şəxs, xəzinədə olan pulu götürüb və mağazanı tərk edib. Lakin oğurluq faktı mağazadakı təhlükəsizlik kameralarına anbaan həkk olunub. Hadisə şahidləri isə həmin şəxsi tanıdıqlarını və onun bir neçə mağazadan müxtəlif oğurluqlar etdiyini bildiriblər.

Hazırda fakt araşdırılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...