Zərdabda şagirdinə qarşı iyrənc hərəkətdə təqsirləndirilən direktor həbs edildi

Zərdabda şagirdinə qarşı iyrənc hərəkətdə təqsirləndirilən direktor həbs edildi


Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru həbs olunub

Lent.az-ın məlumatına görə, orta məktəbə rəhbərlik edən 1984-cü il təvəllüdlü Ceyhun Tofiqli barəsində Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə başlanmış işlə bağlı məhkəmə tərəfindən həbs edilib. O, orta məktəbdə bir şagirdinə qarşı seksual xarakterli hərəkətlər törətməkdə ittiham olunur. Bildirilir ki, şagirdlərdən birinin valideynləri bir müddət əvvəl hüquq-mühafizə orqanlarına C.Tofiqlinin əməli barədə məlumat veriblər.

C.Tofiqli barəsində Zərdab rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir, zəruri ekspertizalar təyin edilib. Qeyd edək ki, hadisə barədə ilk olaraq avropa.info saytı xəbər yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...