Direktorun şagiridini zorlamasının təfərrüatları - Ekspertiza rəyi

Direktorun şagiridini zorlamasının təfərrüatları -


Zərdab rayonun Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin şagirdini zorlaması ilə bağlı yayılan məlumatın maraqlı təfərrüatları məlum olub.

Şahhüseynli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, direktorla şagirdi arasında zorlama olmayıb: "Ceyhun Tofiqli direktor deyil. Əslində, direktor əvəzidir. Qızın anası onları sadəcə söhbət edən yerdə tutub. Elə həmin anda da gedib olanlarla bağlı polisə şikayət edib. Polis də gəlib direktoru aparıb. Sonra şagirdi tibbi ekspertizadan keçiriblər. Məlum olub ki, onların arasında cinsi yaxınlıq olmayıb”.

Sakinlərin sözlərinə görə, direktor həbs olunan gün şagirdi ilə bir yerdə rayonda olublar:
"Zərdabda bir yerdə olub, qayıdıblar kəndə. Qız 11-ci sinifdə oxuyur. Direktor ailəlidir, gözəl yoldaşı və iki uşağı var. Elə həmin kənddə yaşayır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...