70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb - Aparat rəhbərindən açıqlama

70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb -


"Bu gün 3-5 manatlıq iddialar Ali Məhkəməyə qədər gedib çıxır. Bununla da əsassız yerə yuxarı instansiyalı məhkəmələrin iş həcmi artmış olur. Məsələ ilə əlaqədar müəyyən təhlillər aparılır". Bu fikirləri Məhkəmə Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün hakimlərin ştat sayı qanedici deyil: "2005-ci ildə hakimlərin ştat sayı 300 idisə, bu gün onların sayı 600 təşkil edir. Məhkəmə aparatı işçilərinin sayı da 2005-ci illə müqayisədə 75 faiz artırılıb. 307 nəgər gənc hakim vəzifəsinə təyinatı olub. Bakıda bugünkü hakim korpusunun 90 faizi yeni təyinatların payına düşür. Gələn ilin sonu üçün 100-dən çox hakimliyə namizədi işə təyin etməyi planlaşdırırıq. Bu da məhkəmələrdəki hakimlərin iş yükünün azaldılmasına şərait yaradacaq".

C.Hüseynov qeyd edib ki, hakimlərin ştat sayının artırılması ilə iş yükünün azaldılmasına nail olmaq çətindir: "2000-ci ildə məhkəmələrdə iş yükü təxminən 21 min mülki işdən ibarət idisə, bu gün iş yükü 330 min təşkil edir. Yəni iş yükü 15 dəfədən çox artıb. Hər il hakim sayında 30-40 faiz arasında artım tendensiyası görünür. Əsas problem mülki işlərdə müşahidə olunur. Hakimlərin öhdəsindən gələ biləcəyi iş yükü ayda təxminən 25-30 işdən ibarətdir. Bu gün tək Bakı şəhərində bu rəqəm yüzlə ölçülür. Hətta elə məhkəmələr var ki, orada bu say yüzün üzərindədir. Belə çıxır ki, biz hakim ştatlarının sayını 3-4 dəfə artırmalıyıq. Lakin təbii ki, bu, real deyil. Çünki heç məhkəmə infrastrukturu da tab gətirməz, eləcə də işin səmərəliliyi də görünməz. Ona görə də başqa üsulla iş həcmini azaltmağı hədəfləmişik".

"Məhkəmədə iş həcminin azalması üçün təhlillər apardıq və məlum oldu ki, məhkəmədə hakimin iş yükünün təxminən 25 faizi icra işləri üzrə icraata xitam verilməsi ilə bağlı olan işlərdir. Ali Məhkəmənin tövsiyəsinə əsasən, oktyabrın sonunda Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi. Artıq icra işlərinə xitam verilməsi ilə bağlı səlahiyyətlər məhkəmələrdə hakimlərin deyil, icra xidmətlərinin üzərlərinə qoyuldu. Dəyişiklik qüvvəyə mindikdən sonra hakimlərin iş yükü təxminən 20-25 faiz azalacaq", - deyə aparat rəhbəri əlavə edib.

C.Hüseynov vurğulayıb ki, hakimlərin maaşı elə də çox deyil: "Birinci instansiya məhkəməsinə ilk dəfə təyin edilən hakimin maaşı əlavə gəlirlərlə hesablasaq, təxminən 1500 manata qədər təşkil edir. Bu da orta əmək haqqına nisbətdə aşağı rəqəm deyil. İş həcminin çoxluğu işlərə mənfi təsir götərir. Biz də bundan narazıyıq. MHŞ-nın intizam icraatı ilə bağlı çıxardığı 200-dən çox qərarın nəticəsi olaraq 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb".
report



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...