1150 nəfərin ölkədən çıxışına qadağa qoyuldu

1150 nəfərin ölkədən çıxışına qadağa qoyuldu


Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib. Bu barədə AzVision.az-a nazirlikdən bildirilib.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirlikdən qeyd edilib.

Nazirlikdən bildirilib ki, 423 nəfər fiziki şəxsin, 727 nəfər isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləri vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...