“Həyat yoldaşımın xaricdən Akif Çovdarova və Eldar Mahmudova brilyant gətirdiyini bilirdim”

“Həyat yoldaşımın xaricdən Akif Çovdarova və Eldar Mahmudova brilyant gətirdiyini bilirdim”

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahidlər dindirilib. Akif Çovdarovun əməllərindən zərərçəkən Ş.Qurbanov nəinki biznesini itirib, hətta ailəsi də dağılıb. Sonda isə müflisləşən biznesmen Türkiyəyə qaçmaq məcburiyyətində qalıb.

Məhkəmədə şahid qismində Ş.Qurbanovun keçmiş həyat yoldaşı Nigar Məmmədova. Şahid istintqa verdiyi ifadəsini təsdiq edib. İfadəsində həyat yoldaşı saxlanıldıqdan sonra bütün əmlaklarını satmağa məcbur olduqlarını bildirib:” Şahmar iki evimizi, bir sexi və bir neçə maşınımızı satdı. Onun İsgəndər Hüseynovla birlikdə xaricə gedib Akif Çovdarova və Eldar Mahmudova brilyant gətirmələrindən xəbərim vardı. Bu barədə Şahmar özü mənə danışmışdı”.

Ş.Qurbanov istintaq zamanı ifadə verərkən ümumilikdə A.Çovdarova 380 min dollar dəyərində brilyant və 500 min dollar pul verdiyini deyib. Məhkəmə prosesi günün ikinci yarısı davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...