“İsveçrə şirkətinə qarşı cinayət işinin başlanması barədə informasiyalar həqiqətə uyğun deyil” - Eldar Sultanov

“İsveçrə şirkətinə qarşı cinayət işinin başlanması barədə informasiyalar həqiqətə uyğun deyil” -


Baş Prokurorluq İsveçrənin “Zepter İnterneyşnl” şirkətinin Xətai Rayon Prokurorluğuna qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a bildirib ki, “Zepter İnterneyşnl” MMC-nin “Rayda” MMC-nin ərizəsi əsasında dələduzluqda ittiham olunması və fakta görə Xətai rayon prokurorluğu tərəfindən guya cinayət işi başlanması barədə informasiyalar həqiqətə uyğun deyil: “Qeyd olunan məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilərək bildiririk ki, “Rayda” MMC-nin direktorunun müqavilə şərtlərinin pozulması ilə əlaqədar “Zepter İnternational” MMC ilə aralarında yaranmış mübahisəyə dair müraciəti əsasında rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırmalarla toplanmış material üzrə 7 dekabr 2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...