İki gənc damarlarını kəsdi - BAKIDA

İki gənc damarlarını kəsdi -


Bakının Sabunçu və Səbail rayonlarında intihara cəhdlər olub.

Səbail rayonu Xəqani küçəsi ev 3-ün qarşısında Kürdəmir rayon sakini 18 yaşlı Aynur Məhərrəmova ülgüclə biləyini kəsərək özünü öldürmək istəyib. A.Məhərrəmova Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilkin yardım alaraq evə buraxılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər oxşar hadisə isə Sabunçu rayonu Maştağa qəsəbəsi, Gülçülük sovxozunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Azər Əbülfətzadə yaşadığı evdə bıçaqla bilək nahiyəsini kəsib. Ona Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimi tərəfindən evdə ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...