Bakıda 26 yaşlı qız özünü 3-cü mərtəbənin eyvanından atdı

Bakıda 26 yaşlı qız özünü 3-cü mərtəbənin eyvanından atdı

Bakıda 26 yaşlı qız intihar etmək məqsədi ilə özünü binanın 3-cü mərtbəsindən yerə atıb. "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində qeydə alınıb. Belə ki, ev 21, mənzil 84-də yaşayan 1990-cı il təvəllüdlü Paşayeva Nərminə Firudin qızı özünü 3-cü mərtəbənin eyvanından yerə ataraq intihara cəhd edib. O, ağır bədən xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...