Gəncədə Polis İdarəsində ölüm baş verib

Gəncədə Polis İdarəsində ölüm baş verib


Gəncə şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib. APA-nın məlumatına görə, hadisə bu gün qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Рейтинг@Mail.ru
Loading...