3 kilo qızıl oğurlayan tutuldu

3 kilo qızıl oğurlayan tutuldu


Qızıl mağazalarından birindən 3 kq qızıl əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayonunun Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub. Daha 1 nəfər isə müəyyən edilib.
İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...