İş adamını oğurlayan 3 azərbaycanlı tutuldu – Moskvada Moskvada

İş adamını oğurlayan 3 azərbaycanlı tutuldu – Moskvada


Rusiya Daxili İşlər Nazirliyinin Cinayət axtarışı idarəsinin əməkdaşları Moskva vilayətinin Solneçnoqorsk rayonunda kəndlərin birində Azərbaycanın 3 vətəndaşını saxlayıblar.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Məlumata görə, yaşları 29, 46 və 48 olan azərbaycanlılar iş adamını oğurlamaqda ittiham edilir.

“Saxlanılan şəxslər bu il may ayının sonunda Moskvada iş adamı olan 26 yaşlı Azərbaycan vətəndaşını oğurlayıblar və onun geri qaytarılması üçün 10 milyon dollar tələb ediblər. Polislərin keçirdiyi əməliyyat zamanı oğurlanan şəxs azad edilib. Tutulanlardan “PM” markalı tapança və 7 güllə götürülüb”, - deyə mətbuat xidməti bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...