Eldəniz Quliyevin məhkəməsi təxirə düşdü

Eldəniz Quliyevin məhkəməsi təxirə düşdü


Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevin iyunun 30-na təyin edilən məhkəmə prosesi təxirə salınıb. Eldəniz Quliyev bildirib ki, proses iyulun 3-də davam etdiriləcək: “Məhkəmədən bildirdilər ki, Ali Məhkəmədə kassasiya şikayəti varsa, onunla paralel olaraq bu şikayət baxmaq olmaz. Bunu müəyyən etmək üçün məhkəmə təxirə salındı. Ali Məhkəməyə barəmdə çıxarılan hökmün ləğv olunması ilə bağlı şikayət vermişik. İctimai işləri də məcburən davam etdirirəm...".

Xatırladaq ki, 2014-cü il oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək ona 480 saat müddətində ictimai işlər, 140 manat linqvistik ekspertizanın haqqını ödəmək, 1000 manat cərimə və ölkədən çıxmamaq barədə cəza kəsib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.

Apelyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Eldəniz Quliyev Cinayət Məcəlləsinin 47.4.4 maddəsini əsas götürərək 480 saatlıq işdən azad olunmağı haqqında yenidən məhkəməyə müraciət edib. /modern/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...