Mehman Hüseynova 2 il həbs cəzası verildi

Mehman Hüseynova 2 il həbs cəzası verildi


Bu gün Suraxanı rayon Məhkəməsində Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Modern.az-ın xəbərinə görə, məhkəmənin hökmü ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, elə məhkəmə zalındaca həbs olunub.

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.

Məsələ burasındadır ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu polisə böhtan atmada təqsirləndirərək, məhkəməyə vermişdi...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...