"MTN-çi" qadın məhkəmə qarşısında

"MTN-çi" qadın məhkəmə qarşısında


Özünü MTN əməkdaşı kimi təqdim edən qadının məhkəməsi olub. O, dələduzluqda təqsirləndirilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə prosesində 10-a yaxın zərərçəkmiş iştirak edib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Akimovanın vəkili vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması istəyib. Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası isə martın 31-nə təyin edilib.

Bildirək ki, A.Akimova özünü MTN-nin məxfi agenti kimi təqdim edib. O, sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti olduğunu deyərək onların etibarından sui-istifadə edib. İ.Baxşıyev isə bu işdə onun şəriki kimi həbs edilib. Onların hər biri Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda olduqda) maddəsi ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslərin zərərçəkmiş kimi tanınan şəxslərə ümumilikdə 500 min manatdan çox zərər vurduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...