Gürcüstanda azərbaycanlı intihar edib

Gürcüstanda azərbaycanlı intihar edib
Gürcüstanın Saqareco rayonunda intihar olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Tüllər kəndində baş verib. Kəndin sakini, 55 yaşlı Nurəddin Xeyirxəbərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət əvvəl həyat yoldaşına xəstəlik səbəbindən özünü öldürəcəyini deyib.

N. Xeyirxəbərov dünən təmiz hava almaq adı ilə həyətə çıxıb. Az sonra isə təndir çardağında əvvəlcədən hazırladığı kəndirlə özünü asıb. Hadisə ilə bağlı hələlik cinayət işi qaldırılmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...