Beynəlxalq axtarışda olan şəxs Gürcüstana keçmək istəyərkən saxlanılıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstana keçmək istəyərkən saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkün­lüyü ilə əlaqədar xidməti fəaliyyətin güc­lən­­­diril­məsi və sayıqlığın daha da artırılması istiqamətində tədbirlər həyata keçirilib.

APA-nın DSX-nın saytına istinadən verdiyi məlumata görə, tədbirlər nəticəsində martln 21-də Ağstafa rayo­nunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü Azər­baycan Respubli­kası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavi­mət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.

Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdiril­ib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulma­sı­na vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.

Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...