Baş Polis İdarəsindən girov götürülən vətəndaşla bağlı AÇIQLAMA

Baş Polis İdarəsindən girov götürülən vətəndaşla bağlı
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakininin iki il əvvəl girov götürüldüyü və külli miqdarda pulunun əlindən alındığı barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

BŞPİ-dən APA-ya bildirilib ki, vətəndaş Nuriyev Hüseyn Rəsul oğlu respublika rəhbərliyinə müraciət edərək, 2015-ci ildə Hövsan qəsəbəsində bir qrup şəxs tərəfindən girov götürüldüyünü, Binə Atıcılıq Mərkəzində işgəncələrə məruz qalaraq hədə-qorxu yolu ilə külli miqdarda pulunun əlindən alındığını iddia edib. Həmin müraciətin bir nüsxəsi mətbuata göndərilib və ictimailəşdirilib.

“Müraciətə Bakı Şəhər Baş Polis İdarəsində baxılıb, onun əsasında müvafiq araşdırmalar aparılıb, amma vətəndaşın iddiaları təsdiqini tapmayıb” – deyə, açıqlamada bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...