Şəmkirdə qadın özünü yandırıb

Şəmkirdə qadın özünü yandırıb


Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Şəmkir şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...