Tovuzda maşın aşıb, bir yaşlı uşaq ölüb, 4 nəfər yaralanıb

Tovuzda maşın aşıb, bir yaşlı uşaq ölüb, 4 nəfər yaralanıb


Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yolunbulaq kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakinləri “UAZ” markalı avtomobillə Tovuzdan nişan mərasimindən qayıdarkən avtomobil aşıb. Təxminən 40 metr hündürlükdən dərəyə yuvarlanan maşının içərisində olan 6 nəfərdən bir nəfəri, 2014-cü il təvəllüdlü Elnur Alıyev ölüb, 4 nəfər isə ağır yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...