Yardımlıda 34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb

Yardımlıda 34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb


Yardımlı rayonunda qətl hadisəsi baş verib. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib. 23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb.

Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...