Rusiyada azərbaycanlılar arasında atışma olub

Rusiyada azərbaycanlılar arasında atışma olub


Rusiyanın Saxalin vilayətində azərbaycanlılar arasında silahlı insident baş verib. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən “VTB Bank”ın yaxınlığında baş verib. 30 yaşlı adı açıqlanmayan azərbaycanlı avtomobildə olan 27 yaşlı həmyerlisinə odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Ayağından güllə yarası alan həmyerlimiz şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Rusiya İstintaq Komitəsinin Cənubi-Saxalin şəhəri üzrə şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...