“Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkət rəhbəri həbs olundu- VİDEO

“Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkət rəhbəri həbs olundu-

Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə tikinti şirkətinin sədri həbs edildi. Gundeminfo.az Criminal.az-a istinadən xəbər verir ki, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Azər İsmayılov barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl həmin ərazidə aparılan tikinti ilə əlaqədar olaraq xeyli ağac kəsilərək məhv edilməsi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt etmişdi. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.



“Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkət rəhbəri həbs olundu-
“Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkət rəhbəri həbs olundu-
“Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkət rəhbəri həbs olundu-
“Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkət rəhbəri həbs olundu-
“Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkət rəhbəri həbs olundu-
“Ovçular evi” ərazisində yaşıllığı məhv edən şirkət rəhbəri həbs olundu-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...