Bakıda tələbə qızlar arasında dava: yaralanan var

Bakıda tələbə qızlar arasında dava:


Bakıda ali məktəbdə tələbə qızlar arasında dava olub. "Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında qeydə alınıb. Belə ki, 19 yaşlı tələbə Babayeva Səma Tahir qızı tələbə yoldaşı ilə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava olub və S.Babayeva döyülərək üz nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...