Gəncə hadisələrinin iştirakçılarından biri Moskvada tutuldu

Gəncə hadisələrinin iştirakçılarından biri Moskvada tutuldu

Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxs oktyabrın 11-də Moskvada saxlanılıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Saxlanılan şəxsin adı açıqlanmır. Bildirilir ki, 34 yaşı var. Terrorizm, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət əleyhinə çağırılşlar və dövlət xadiminin həyatına qəsd ittihamı ilə bu ilin iyulundan axtarışda olub. Həmin şəxs Moskvanın arxitektor Vlasov küçəsində saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, sözügedən şəxs Gəncə hadisələri ilə əlaqədar saxlanılır. Rusiya və Azərbaycanın müvafiq orqanları saxlanılan şəxsin ekstradisiyası məsələsini həll edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
642 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...