Bərdədə avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub - VİDEO

Bərdədə avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub -

Bərdə rayonnunda avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, Fərahim ƏLiyev şikayət edərəkona məxsus "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə məlumat verib.

Bərdə RPŞ əməkdaşları tərəfindən aparıla əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Andrey Xəlilov saxlanılaraq şöbəyə gətirilib.

A. Xəlilovun üzərinə baxış keçirilən zaman onun cibindən 5.04 qram narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb. Dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Qaçırılan avtomobil və saxlanılan şəxsin üzərində aşkarlanan narkotik vasitə maddi sübut kimi götürülüb.

Rayon ərazsində daha bir avtomobilin avtomobilin qaçırılması barədə Bərdə RPŞ-yə müraciət olunub. Rayon sakini Fuad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili qaçırmaqda şübhəli bilinən, rayonun Mehdili kənd sakini, Bəxtiyar Əliyev saxlanılıb.

Hər iki oğurluq faktına görə araşdırmalara başlanılılb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...