“Keyxanım”ı qarət etdilər - “2-3 gündür polis bölmələrini gəzirəm”

“Keyxanım”ı qarət etdilər -

"Keyxanım” ləqəbi ilə tanınan məşhur aktrisa Ülviyyə Əliyevanın Xətai rayon ərazisi Xudu Məmmədov 79 ünvanında "Şərur inşaat”a məxsus hündürmərtəbəli binada olan evindən qızıl və pulu oğurlanıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Unikal.org-a Ülviyyə Əliyevanın özü məlumat verib. O, bildirib ki, hadisə 5 noyabr tarxində gecə saatlarında baş verib:

"4 aydır, ailə həyatı qurmuşam. Bu aylar ərzində cəmi bir dəfə anamgildə qalmışam. Hazırda həyat yoldaşım Rusiyadadır. 5 noyabr tarixində bacım qızı ilə, ad gününə getmişdim. Gec olduğundan gecə saatlarında anamın evinə getdim və orada qaldım. 4 ay ərzində bircə gün idi ki, evimdə qalmadım. Səhər də anamgildən çəkilişə getdim. Axşam saat 20:45 radələrində evimə qayıdanda gördüm ki, qapı açılıb və evin işığı yanıq qalıb. Bu zaman şübhələnməyə başladım. Tez mücrü qabına baxdım. Gördüm ki, 15 min manat dəyərində qızıllar və az miqdarda pullarım oğurlanıb. Dərhal Daxili İşlər Nazirliyi "102” qaynar xəttinə zəng etdim və hadisə yerinə Xətai rayon Polis Bölməsinin əməkdaşları gəldilər. Onlar hadisə yerindən əl izləri götürdülər, cinayət hadisəsi aktlaşdırıldıqdan sonra getdilər. Hazırda bu cinayət işinə 36-cı polis bölməsində baxılır. Əl izləri ekspertizaya göndərilib. 2-3 gündür, polis bölmələrində gəzirəm”.

Ülviyyə Əliyeva onu da əlavə edib ki, iki ay əvvəl yaşadığı evin blokunun kamerası da sındırılıb: "Hesab edirəm ki, bu, əvvəlcədən planlaşdırılmış bir hadisədir. 4 aydır, evdən kənara çıxmırdım. Bir gün evdən çıxan kimi, hadisə baş verib. Bu necə ola bilər? Ümid edirəm ki, Azərbaycan Daxili İşlər Nazirliyinin polis əməkdaşları hadisənin tez bir zamanda üstünü açacaq və oğru (və yaxud oğrular) cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Qeyd edək ki, aktrisa 19.06.2018-ci ildə Manaf Muxtarov adlı iş adamı ilə ailə qurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
964 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...