Maşın yolu keçmək istəyən iki qadını vurdu - Balakəndə qəza

Maşın yolu keçmək istəyən iki qadını vurdu -

Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub. “Report”un məlumatına görə, hadisə günorta saatlarında Balakən şəhəri ərazisində baş verib. Balakən rayon sakini idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar, rayonun Qaravəli kənd sakinləri - 2000-ci il təvəllüdlü Əfsanə Ziyaviddin qızı Qurbanova və Fatimə Ramazan qızı Rəsulovanı vurub. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ə.Qurbanovaya qapalı kəllə-beyn travması və beyin silkələnməsi dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, F.Rəsulovanın müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır. Ə.Qurbanova və F.Rəsulovanın yaxın qohum, gəlin-baldız olduqları bildirilir. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...