Sumqayıtda ata-oğul idmançını qətlə yetirdi: “Ağlaya-ağlaya dedim ki...” – Təfərrüat

Sumqayıtda ata-oğul idmançını qətlə yetirdi:

Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Əhəd İsmayılov özünü təqsirsiz, Ramil İsmayılov isə qismən təqsirli bilib.

Sərbəst ifadə verən Ramil İsmayılov deyib ki, hadisədən əvvəl “PES” klubda mərhum Rasif Həbibovla mübahisə edib: “Mən uşaqlarla klubda “playstation” oynayırdım. Həmin vaxt telefonum “zaryatka”da idi. Bu zaman Rasif kluba daxil oldu, mənim telefonumun “adaptır”ını çıxardı, öz telefonunu “zaryatka”ya qoydu. Ondan bu hərəkətinin səbəbini soruşdum. Cavab olaraq başıma şillə vurub, yaxşı elədiyini söylədi”.

Ramil İsmayılov qeyd edib ki, Rasif daha sonra onu söyüb və döyməyə başlayıb: “Bizi orada uşaqlar ayırdı. Sonra ağlayaraq evə getdim. Həmin vaxt atam evdə yatmışdı. Onu yuxudan oyatdım, Rasifin məni təhqir edib, döydüyünü bildirdim. Atama deməyimin səbəbi isə bizi barışdırmaq idi. Çünki Rasiflə atamın və qardaşımın münasibətləri daha əvvəl yaxşı olub. Sonra atamla Rasiflə görüşməyə getdik”.

Ramil İsmayılov qeyd edib ki, Rasifin yanında bir neçə şəxs olub: “Atam Rasifə dedi ki, maşına minsin, onunla söhbət edəcək. Bu zaman onun dostu Samir də özünü maşına soxdu. Samiri aravuran adam kimi tanıyırdım. Onun maşına minməsini istəmirdim. Lakin Samir zorla maşına mindi. Yolda atam Rasifdən məni nəyə görə döydüyünü soruşdu.Samir dedi ki, Ramil uşaqlıq elədi. Atam Rasifə sual verdikcə Samir özünü ortaya soxurdu”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra atası maşını kənara çəkib, yerə düşüblər: “Yerə düşən kimi Samir məni yumruqla vurdu, Rasif isə atamı döyməyə başladı. Mən hənin vaxt şokda idim. Yerdən qalxıb, tez maşından bıçağı götürdüm. Fikrim onları qorxutmaq idi. Bıçağı onlar tərəfə uzatdım, hər iki şəxs bizdən uzaqlaşdı. Biz də maşına minib evə gəldik”.

Ramil İsmayılov qeyd edib ki, bıçağı hadisədən sonra dənizə atıb.

Növbəti proses dekabrın 18-də davam edəcək.

Sumqayıt şəhəri, 21-ci məhəllədə şəhər sakini - 1992-ci il təvəllüdlü Rasif Həbibov və 1988-ci il təvəllüdlü Samir Dadaşov bıçaqlanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.

Rasif Həbibov idmançı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...