Bakıda “exchange” işçisinə hücum - 81 mini oğurlandı

Bakıda “exchange” işçisinə hücum -

Bakının Nizami rayonunda valyutadəyişmə məntəqəsinin əməkdaşı soyğunçuların hücumunun qurbanı olub.


Gundeminfo.az Sputnik.az-a istinadən xəbər verir ki, yanvarın 8-də saat 18:20-də Qara Qarayev prospektində 93 nömrəli binanın yaxınlığında iki naməlum şəxs "exchange” işçisi olan 40 yaşlı Bakı şəhər sakini Mirzəyev Anar Əfsər oğluna hücum edib.

Hücum edənlər Mirzəyevin arxasında gizlənərək onun başına ağır küt alətlə zərbə endiriblər.

Qeyd edək ki, hadisə baş verərkən Mirzəyev təzəcə işdən çıxıb evə doğru gedirmiş. Zərərçəkmiş zərbə nəticəsində huşunu itirib. Cinayətkarlar Mirzəyevin əlindəki içində pul olan sellofan torbanı götürərək qaçıb gizləniblər.

Zərərçəkmiş verdiyi ilkin ifadədə torbada 81 750 manat pul olduğunu deyib. Mirzəyev soyğunçuların üzünü görməyib.

Ehtimal var ki, cinayətkarlar "exchange” işçisini izləyərək onun iş qrafiki və hərəkət marşrutunu qabaqcadan müəyyən ediblər. İstintaqın versiyasına görə, hücum edən şəxslər metal predmeti sellofan torbada gizlədiblər və Mirzəyevin başına onunla zərbə endiriblər.

Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanması istiqamətində iş aparırlar. Soyğun faktı ilə bağlı cinayət işi açılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...