16 yaşlı şagirdin intihar kəndirində son sözləri: “Ana, kömək et, ölürəm!”

16 yaşlı şagirdin intihar kəndirində son sözləri:

"Kəndir boğazında olanda möhkəm qışqırıb"

Tərtər rayonunda 16 yaşlı şagirdin intiharı ilə bağlı bəzi məqamlar məlum olub.

Rayonun Təzəkənd kəndindən AzNews.az-a verilən məlumata görə, Ayşən Qasımlı özünü sevdiyi oğlana görə öldürüb:

“Ayşən 11-ci sinif şagirdi idi. Qohumu ilə bir-birini sevirmişlər. Oğlan ona elçi göndərib, ancaq məktəbli olduğundan ailəsi verməyib. Ayşən də dərsdən gələndən sonra su gətirmək adı ilə evdən çıxıb. Kəndiri həyətdəki yarımçıq tikilidə boğazına keçirib. Kəndir boğazında olanda bərkdən qışqırıb ki, “ana kömək et, ölürəm”. Səsə anası çıxıb. Ana qızının boğazından kəndiri açana kimi Ayşən keçinib”.

Qeyd edək ki, Tərtər rayonunda intihar hadisəsi baş verib. Rayonun Təzəkənd kənd sakini 16 yaşlı Ayşən Qasımlı özünü öldürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...