İmişlidə 3 uşaq anası özünü asdı

İmişlidə 3 uşaq anası özünü asdı

İmişli rayonunda 3 uşaq anası intihar edib.

"Report"un məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansıyasının briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə aparılıb.

İyirmi altı yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...