Polad Bülbüloğlunun qardaşının şikayəti rədd edildi

Polad Bülbüloğlunun qardaşının şikayəti rədd edildi

Polad Bülbüloğlu yenidən sədr seçildiVətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edən Məmməd Nəsibovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Minval.info report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, M.Nəsibovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində daha əvvəl işi baxılan zaman apellyasiya şikayəti hərəkətsiz saxlanılıb. Qərara əsasən, iş baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində işə yenidən baxıldıqdan sonra məhkum yenidən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

İttiham aktına əsasən, M.Nəsibov İradə İsmayılovaya Hövsan qəsəbəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb, Çingiz Məmmədova Abşeronda yaşayış evi tikdirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, zərərçəkmiş Ç.Məmmədov Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...