Azərbaycanlı gənc iş adamı güllələnib öldürüldü

Azərbaycanlı gənc iş adamı güllələnib öldürüldü

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Report-un məlumatına görə, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.

Hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. R. Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub. İş adamının cənazəsi ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...