Bakıda iki mənzildən 30 minlik qızıl-zinət oğurlandı

Bakıda iki mənzildən 30 minlik qızıl-zinət oğurlandı

Fevralın 3-də Səbail rayonu Z.Əliyeva küçəsi 29 ünvanında yerləşən iki mənzildən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30000 manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk oğurlayıblar.

Zərərçəkən ev sahiblərinin şikayəti əsasında Səbail Rayon Polis İdarəsi və 39-cu Polis Bölməsi əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov qısa zamanda saxlanılıblar.

Modern.az xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, Ə.Xankişiyeva və A.Heybətov oğurladıqları televizorlardan birini və qızıl-zinət əşyalarından müəyyən hissəsini satıblar. Həmin şəxslər tutulan zaman onlardan oğurluq yolla əldə etdikləri qızl-zinət əşyaları, həmçinin hadisə zamanı istifadə etdikləri əlcəklər aşkar edilərək maddi sübut kimi götürülüb. Ə.Xankişiyeva və A.Heydərov istintaqa verdikləri ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 ( oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 177.2.2 (təkrar törədildikdə) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...