Qardaşını itələdi, pilləkəndən yıxılıb öldü

Qardaşını itələdi, pilləkəndən yıxılıb öldü

Abşeron rayonu, Saray qəsəbəsində 34 yaşlı Samir Quliyev evdə pilləkəndən yıxılaraq ölüb.

"Report" xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması zamanı S.Quliyevin qardaşı, 33 yaşlı Nicat Quliyevlə mübahisə edən zaman Nicatın onu itələməsi səbəbindən pilləkəndən yıxılaraq aldığı xəsarətdən öldüyü məlum olub.

N.Quliyev saxlanılıb. Onun narkotik vasitə istifafəçisi olduğu da məlum olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...