Bərdədə qadın həkimləri döyən şəxs saxlanıldı - VİDEO

Bərdədə qadın həkimləri döyən şəxs saxlanıldı -


Bərdədə təcili yardım həkimlərini döyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, iyunun 12-də Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının iki qadın feldşeri təcili tibbi yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxs onların gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırıb.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb, hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bundan əvvəl yayılan məlumata əsasən, döyülən və xəsarət alan şəxslər Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimovdur.

Həkimlərin sözlərinə görə, naməlum şəxs taxta parçası ilə avtomobilə və onlara hücum edib. Onlar xəstəni müayinə etməyə imkan tapmayıblar. Hadisə zamanı maşının yan şüşəsi qırılıb, sürücü isə qolundan xəsarət alıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...