“Rövşən Lənkəranski”nin varisi Bakıya gəlir

“Rövşən Lənkəranski”nin varisi Bakıya gəlir

Mərhum avtoritet “Rövşən Lənkəranski”nin varisi “Şeyx ” ləqəbli çeçenistanlı kriminal avtoritet Xamzat Qastamirov Azərbaycana gəlir.

Gununsesi.org bildirir ki, bu barədə adıçəkilən şəxsə məxsus sosial şəbəkə hesablarından məlumat yayılıb.

Məlumatda deyilir: “Mən nə qədər ki sağam, hər il mənəvi qardaşım olan Rövşənin qəbrini ziyarət edəcəm.Bununla bağlı mənə şərait yaradanlara təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, “Lənkəranski” ləqəbli kriminal avtoritet Rövşən Caniyev 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilmişdir.

Lənkəran səfərindən sonra “Şeyx “ Gəncə şəhərindəki İmamzadə ziyarətgahını ziyarət etməyə gedəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...